İrakli Ğaribaşvili Almaniya Bundestaqının Prezidenti ilə görüşüb
İrakli Ğaribaşvili Almaniya Bundestaqının Prezidenti ilə görüşüb

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Almaniya Bundestaqının Prezidenti Berbel Bas ilə görüşüb.

Görüşdə Gürcüstan və Almaniya arasında mövcud münasibətlərə və gələcək əməkdaşlığın perspektivlərinə toxunulub.

Almaniyanın Gürcüstanın institusional və sosial-iqtisadi transformasiyasına, eləcə də Avropa İttifaqına gedən yolda islahatların həyata keçirilməsinə töhfəsi qeyd edilib.

Görüşdə Gürcüstanın Avropa İttifaqına daxil olmaq yolunda əldə etdiyi irəliləyişlər, o cümlədən Avropa Şurasının tövsiyələri çərçivəsində aparılan islahatlar vurğulanıb. Qeyd olunub ki, Gürcüstan Almaniyanın Gürcüstanın Aİ üzvlüyünə verdiyi güclü dəstəyini qiymətləndirir. Avropa Komissiyasının 12 bəndlik tövsiyələrinin yerinə yetirilməsi istiqamətində Gürcüstanın göstərdiyi səylər vurğulanıb.

Hökumət başçısı Almaniya Bundestaqının Prezidentinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də tanınmama siyasətini dəstəklədiyinə görə təşəkkür edib. Almaniyanın Aİ-nin Müşahidə Missiyasında, eləcə də əhəmiyyətli ekspert və maliyyə iştirakı baxımından NATO-Gürcüstan mühüm paketinin həyata keçirilməsində iştirakının vacibliyi vurğulanıb.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.