İrakli Ğaribaşvili - Aleksandre Laşkaravanın vəfat etməsi işinə müstəqil, beynəlxalq ekspert qoşulacaq ki, heç bir sual cavabsız qalmasın
İrakli Ğaribaşvili - Aleksandre Laşkaravanın vəfat etməsi işinə müstəqil, beynəlxalq ekspert qoşulacaq ki, heç bir sual cavabsız qalmasın

Aleksandre Laşkaravanın vəfat etməsi işinə müstəqil, beynəlxalq ekspert qoşulacaq ki, heç bir sual cavabsız qalmasın, – bu barədə Gürcüstanın baş nazri, İrakli Ğaribaşvili hökumətin bu günki iclasında bəyan etdi.

Baş nazir operator, Lekso Laşkaravanın ailəsinə bu gün bir daha başsağlığı verdi.

“Səmini kədərimi ifadə etmək və Aleksandre Laşkaravanın ailəsinə, yaxınlarına, həmkarlarına və hamıya başsağlığı vermək istəyirəm. Sözsüz ki, hər bir insanın vəfat etməsi faciədir, ondan asılı olmayaraq ki, onun arxasından hansı səbəb durur. Əhaliyə demək istəyirəm, DİN fal işləyir. Elə dünən çox operativ müvafiq işlər gördü. Xatırlatmaq istəyirəm ki, ekspertiza təyin edilib. Ailənin təşəbbüsü və televiziyanın qoşulması ilə, tələbi ilə prosesə müstəqil ekspert qoşulub və hər bir suala qısa bir müddətdə dolğun cavab veriləcək.

Bundan başqa, Vaxtanq Qomelaurinin idarəsi elə dünən müraciət yaydı və bəyan etdi ki, işə müstəqil, beynəlxalq ekspert qoşulacaq ki, heç bir sual cavabsız qalmasın”, – İrakli Ğaribaşvili bəyan etdi.