Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Qranadada Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçlə görüşüb.
Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edildiyi üzrə, görüşdə iki ölkə arasında mövcud dostluq, ikitərəfli və çoxtərəfli münasibətlər və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.