Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrelli şam yeməyində qəbul edib. Baş nazirin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Mtatsmindada Cozef Borrellin şərəfinə şam yeməyi verildiyi deyilir.
“Hökumət başçısı Gürcüstanın Avropaya inteqrasiya prosesini qeyri-rəsmi şəraitdə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi ilə müzakirə edib”, – baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borrell sentyabrın 7-də Tbilisiyə səfər edib.
Səfər çərçivəsində İrakli Ğaribaşvili ilə Cozef Borrell arasında həm təkbətək, həm də geniş formatda görüş planlaşdırılır, bundan sonra birgə mətbuat konfransı keçiriləcək.