İrakli Ğaribaşvili “Airbus Helicopters” fransız şirkətinin icraçı direktoru ilə görüşüb
İrakli Ğaribaşvili “Airbus Helicopters” fransız şirkətinin icraçı direktoru ilə görüşüb

 

Münhen konfransı çərçivəsində Baş nazir İrakli Ğaribaşvili “Airbus Helicopters” şirkətinin icraçı direktoru Bruno İvenlə görüşüb. Görüşdə mövcud uğurlu əməkdaşlığa toxunulub, belə ki, Gürcüstan Daxili İşlər Nazirliyinin “Airbus Helicopters” fransız şirkəti ilə üç yeni helikopterin alınmasına dair müqavilə imzaladığı xüsusilə qeyd olunub.

H145 polis, nəqliyyat, axtarış və xilasetmə funksiyalarını yerinə yetirə bilən çoxməqsədli helikopterdir. Yeni helikopterlər yanğınsöndürmə və dağ-xilasetmə avadanlıqları ilə tam təchiz olunacaq.

Baş nazir Gürcüstanda investisiya imkanlarını və əlverişli biznes mühitini vurğulayıb. Onun qeyd etdiyi kimi, ölkə etibarlı və sabit biznes tərəfdaşıdır. Pandemiya illərində iqtisadiyyata dəymiş ziyana baxmayaraq, ölkə gözləntiləri üstələyib və 2021-ci ildə olduğu kimi, 2022-ci ildə də ikirəqəmli iqtisadi artım qeydə alınıb.

Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayır.