İrakli Ğaribaşvili - Aİ-yə namizədlik yolunda Gürcüstanın irəliləməsi üçün sıx əməkdaşlıq və Avropa Komissiyasının prioritetlərinin həyata keçirilməsi ideyasına sadiqik
Aİ-yə namizədlik yolunda Gürcüstanın irəliləməsi üçün sıx əməkdaşlıq və Avropa Komissiyasının prioritetlərinin həyata keçirilməsi ideyasına sadiqik-bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazır.
Hökumət başçısı Genişlənmə və Qonşuluq Məsələləri üzrə Avropa komissarı Oliver Varhei ilə görüşdə Qara dənizin əlaqələndirici məsələsini müzakirə etdiklərini qeyd edir.
“Aİ-nin Genişlənmə və Qonşuluq Məsələləri üzrə komissarı Oliver Varhei ilə görüşdüm. Aİ-yə namizəd ölkə statusunun əldə edilməsi yolunda Gürcüstanın irəliləməsi üçün sıx əməkdaşlıq və Avropa Komissiyası tərəfindən müəyyən edilmiş prioritetlərin həyata keçirilməsi ideyasına sadiqik.
Bugünkü görüşdə Qara dənizin əlaqələndirici məsələsini müzakirə etdik. Logistik və enerji marşrutlarının şaxələndirilməsinin Avropa İttifaqının təhlükəsizlik infrastrukturunun davamlılığı üçün əsas məsələ olduğunu başa düşürük” – deyə baş nazir yazır.