İrakli Ğaribaşvili -Aİ-yə namizəd statusu ilə bağlı qərarın layiqlilik əsasında deyil siyasi olduğunu biz yaxşı başa düşürük, lakin ölkənin tezliklə status alacağına inanırıq
İctimaiyyətə xatırlatmaq istərdim ki, son on ildə ölkəmizin Avrointeqrasiya yolunda əldə olunan bütün yaxşılıqlar, bütün irəliləyişlər komandamızın əməyidir – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili illik hesabatı təqdim edərkən açıqlayıb.
İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, bu il Gürcüstana əvvəllər təsəvvür edilməsi çətin olan Avropa perspektivi verilib.
“İlin əsas hadisəsinə toxunmaq istərdim, bu, Gürcüstana əvvəllər təsəvvür edilməsi çətin olan Avropa perspektivini verən Avropa İttifaqının qərarıdır. Bu müharibə prosesləri sürətləndirdi, biz bunu yaxşı başa düşürük. Namizəd statusunu alacağımızı gözləyirdik, lakin Gürcüstana indiki mərhələdə statusun verilməməsinin yalnız siyasi qərar olduğunu, layiqliliyə əsaslanan qərar olmadığını çox gözəl başa düşürük. Lakin, ölkənin tezliklə status alacağına inanırıq. Şərait və apardığımız uğurlu islahatlar bunu deməyimə əsas verir. Ölkəmiz üçün müəyyən edilmiş 12 tövsiyə parlamentin və bizim də iştirakımızla əsaslı şəkildə həyata keçirilib. İndi avropalı həmkarlarımızın qərarını gözləyirik.
İctimaiyyətə xatırlatmaq istərdim ki, son on ildə ölkəmizin Avrointeqrasiya yolunda əldə olunan bütün yaxşılıqlar, Assosiasiya sazişi ilə başlamış azad ticarət, vizasız rejim, indi Avropa İttifaqına üzvlüyə rəsmi müraciət və qəbul edilmiş Avropa perspektivi ilə davam etmiş bütün irəliləyişlər yalnız bizim komandamızın əməyidir. Bütün bunlar “Gürcü Arzusu”nun əməyidir” -deyə Ğaribaşvili açıqlayıb.