İrakli Ğaribaşvili - Aİ üzvlüyünə namizəd statusu Gürcüstanda qütbləşməyə son qoyacaq
İrakli Ğaribaşvili - Aİ üzvlüyünə namizəd statusu Gürcüstanda qütbləşməyə son qoyacaq

 

Bratislavada, Qlobal Təhlükəsizlik Forumunda panel iştirakçılarından biri Gürcüstanın Baş naziri İrakli Ğaribaşviliyə Gürcüstanda qütbləşmənin sona çatması ilə bağlı sual ünvanlayıb.

Belə ki fransız jurnalist baş nazirə sual verib: “Siz 12 tövsiyədən biri olaraq qütbləşməyə son qoyulması məsələsindən bəhs etdiniz. Mümkünsə, bu barədə bizə ətraflı məlumat verin”.

İrakli Ğaribaşvilinin qeyd etdiyi kimi, namizəd statusunun alınması Gürcüstanda qütbləşməyə son qoyacaq.

“Növbəti GLOBSEC zirvə görüşündə oxşar suallar və oxşar qütbləşməni aradan qaldırmaq istəyiriksə, o zaman bizə status verin. Status Gürcüstanda qütbləşməyə son qoyacaq” – deyə İrakli Ğaribaşvili bildirib.