İrakli Ğaribaşvili - Aİ Şurasının Gürcüstana namizəd ölkə statusunun verilməsi ilə bağlı qərarını səbirsizliklə gözləyirik
İrakli Ğaribaşvili - Aİ Şurasının Gürcüstana namizəd ölkə statusunun verilməsi ilə bağlı qərarını səbirsizliklə gözləyirik

 

Gürcüstan hökuməti öz işini uğurla başa vurdu və indi Avropa İttifaqı Şurasının Gürcüstana namizəd ölkə statusunun verilməsi ilə bağlı qərarını səbirsizliklə gözləyirik, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazır.

Baş nazir Gürcüstan hökumətinin Avropa Komissiyasının sorğu vərəqəsinin ikinci hissəsi üzərində işləri vaxtından əvvəl başa çatdırdığını qeyd edir.

“Avropa Komissiyasının sorğu vərəqəsinin ikinci hissəsinin cavablarını Aİ-nin Gürcüstandakı səfiri Karl Hartselə təqdim etdim. Gürcüstan hökuməti işini gözlənildiyindən tez, uğurla başa vurdu və indi Aİ Şurasının Gürcüstana namizəd ölkə statusunun verilməsi ilə bağlı qərarını səbirsizliklə gözləyirik” -deyə baş nazir qeyd edib.