İrakli Ğaribaşvili - ABŞ və Avropa ölkələrinin liderləri öz vətəndaşlarını açıq şəkildə Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməməyə və başqa yollarla həmrəyliklərini ifadə etməyə çağırırlar
ABŞ prezidenti və Avropa ölkələrinin liderləri öz vətəndaşlarını açıq şəkildə Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməməyə və başqa yollarla həmrəyliklərini ifadə etməyə çağırırlar – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Baş nazir hökumətin əsas öhdəliyinin ölkədə firavanlığı təyin edən sülhü və sabitliyi qorumaq olduğunu bildirib.
“Dostlar Ukraynada vəziyyət çox ağırdır, bu gün dünyada və Avropada çox mürəkkəb vəziyyət formalaşıb. Hamıya xatırlatmaq istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının prezidentindən başlamış, sonra Avropa ölkələrinin liderləri öz vətəndaşlarına Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməməyə və bu həmrəyliyi başqa cür ifadə etməyə açıq şəkildə çağırış edirdilər və indi də edirlər. Biz məsuliyyətli hökumət olaraq, təbii ki, hər bir vətəndaşın qayğısına qalmağa borcluyuq və vətəndaşlarımıza, ölkəyə heç bir şəkildə problem yaratmamaq üçün hər bir addımımız yaxşı düşünülməli, ölçülüb-biçilməli, dəyərləndirilməlidir. Bizim əsas öhdəliyimiz ölkədə firavanlığımızı təyin edən əmin-amanlığı və sabitliyi qorumaqdır. Biz üç dəfə müharibə aparmışıq, dostlar, müstəqilliyimizi bərpa etdikdən sonra üç dəfə müharibə aparmışıq. Kifayətdir. Ölkəmizi sülh yolu ilə birləşdirmək istəyirik. Bu, müharibə yolu ilə xalqımızı itirilmiş müharibələrə cəlb etməklə deyil ağlabatan, milli siyasətdir”-deyə baş nazir qeyd edib.