İrakli Ğaribaşvili - ABŞ Prezidentinin və birinci xanımın rəsmi qəbulunda iştirak etmək şərəfinə nail oldum, güclü ABŞ-Gürcüstan strateji tərəfdaşlığı hər iki ölkə üçün faydalıdır
İrakli Ğaribaşvili - ABŞ Prezidentinin və birinci xanımın rəsmi qəbulunda iştirak etmək şərəfinə nail oldum, güclü ABŞ-Gürcüstan strateji tərəfdaşlığı hər iki ölkə üçün faydalıdır

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində ABŞ Prezidenti və birinci xanımın adından keçirilən rəsmi qəbulda iştirak edib.

Hökumət başçısının “Twitter”də yazdığı kimi, ABŞ-Gürcüstan strateji tərəfdaşlığı güclüdür və hər iki ölkə üçün faydalıdır.

“BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti və birinci xanımın adından keçirilən rəsmi qəbulda iştirak etmək şərəfinə nail oldum.

ABŞ-Gürcüstan strateji tərəfdaşlığı güclüdür və hər iki ölkə üçün faydalıdır” – baş nazir bildirib.