İrakli Ğaribaşvili ABŞ prezidentinin müşaviri Ceyk Sallivanla görüşüb
İrakli Ğaribaşvili ABŞ prezidentinin müşaviri Ceyk Sallivanla görüşüb

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Amerika Birləşmiş Ştatlarının Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.

Gürcüstan hökumətinin yaydığı məlumata görə, tərəflər ikitərəfli münasibətlərin məsələlərinin geniş spektrini nəzərdən keçirib və strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində atılacaq addımları müzakirə ediblər.

“Regional təhlükəsizlik məsələlərinə toxunub. İrakli Ğaribaşvili qlobal çağırışlar qarşısında birgə səylərin vacibliyini vurğulayıb. İrakli Ğaribaşvili və Ceyk Sallivan Gürcüstanın Avropaya inteqrasiya prosesini müzakirə ediblər. İrakli Ğaribaşvili ölkənin Avropaya inteqrasiyasının Gürcüstan hökumətinin xarici siyasətinin ən mühüm prioriteti olduğunu və hakim komandanın qarşıya qoyulan məqsədə çatmaq üçün hər şeyi etdiyini vurğulayıb.

Görüşdə İrakli Ğaribaşvili Amerika Birləşmiş Ştatlarının Gürcüstana yeni səfirinin vaxtında gəlməsinin vacibliyini vurğulayıb. Baş nazir qeyd edib ki, o, Robin Danniqanın Gürcüstan hökumətinin ikitərəfli münasibətlərin dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə fəal və sıx əməkdaşlıq etməyi planlaşdırdığı yeni səfir təyin olunmasını təqdir edir” – hökumətin məlumatında deyilir.