İrakli Ğaribaşvili ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb
İrakli Ğaribaşvili ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri ilə görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatında hökumət başçısının Lui Bononu bu vəzifəyə təyin olunması münasibətilə təbrik etdiyi deyilir.

“Görüşdə regiondakı mövcud vəziyyətə toxunulub. Bu istiqamətdə baş nazirin təşəbbüsü ilə irəli sürülən Cənubi Qafqaz sülh-qonşuluq təşəbbüsünün əhəmiyyəti vurğulanıb.

Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında mövcud strateji tərəfdaşlığın əhəmiyyətinə və müxtəlif sahələrdə gələcək əməkdaşlığın gücləndirilməsinə toxunulub”- deyə baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.

İdarədən verilmiş məlumatda hökumət başçısının Lui Bonoya ABŞ-ın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də münaqişələrin sülh yolu ilə həllinə və tanınmama siyasətinə verdiyi qəti dəstəyə görə təşəkkür etdiyi deyilir.