İrakli Ğaribaşvili - ABŞ hökuməti və prezidentin birbaşa qərarına əsasən, bir neçə yüz min doza "Pfizer" peyvəndi Gürcüstana hədiyyə olaraq veriləcək
İrakli Ğaribaşvili - ABŞ hökuməti və prezidentin birbaşa qərarına əsasən, bir neçə yüz min doza "Pfizer" peyvəndi Gürcüstana hədiyyə olaraq veriləcək

ABŞ hökuməti və prezidentin birbaşa qərarına əsasən, bir neçə yüz min doza “Pfizer” peyvəndi Gürcüstana hədiyyə olaraq veriləcək, – bu barədə baş nazir İrakli Ğaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Hökumət başçısı əlavə detalların danışıqlar başa çatan kimi bilinəcəyini qeyd edib.

“ABŞ hökuməti və prezidentin birbaşa qərarına əsasən, bir neçə yüz min doza “Pfizer” peyvəndi Gürcüstana hədiyyə olaraq veriləcək,Bu barədə daha sonra, dostlarımız və həmkarlarımızla birlikdə son detalların üzərindən keçdikdən sonra cəmiyyətimizə məlumat verəcəyik”-deyə Ğaribaşvili bildirib.