İrakli Ğaribaşvili ABŞ dövlət katibinin müavininin köməkçisi ilə görüşdü
İrakli Ğaribaşvili ABŞ dövlət katibinin müavininin köməkçisi ilə görüşdü

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili ABŞ dövlət katibinin müavininin köməkçisi, Erika Olson ilə görüşdü.

Hökumət administrasiyasında keçirilən görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri müzakirə edildi. Müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulandı.

İrakli Ğaribaşvili və Erika Olson bölgədə və dünyada mövcud təhlükəsizlik mühitini də nəzərdən keçirdilər. Bu istiqamətdə baş nazirin təşəbbüsü ilə həyata keçirilən Cənubi Qafqaz Sülh və Qonşuluq Təşəbbüsünün əhəmiyyəti vurğulandı.

Söhbət zamanı Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi nəzərəçarpacaq irəliləyişlərə də toxunuldu.

Görüşdə Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı nümayəndəliyi rəhbərinin müavini Rayan Harris, Gürcüstanın Xarici İşlər naziri İliya Darçiaşvili və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak edirdilər.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.