İrakli Ğaribaşvili ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Administratorunun Avropa və Avrasiya məsələləri üzrə müavini ilə görüşüb
İrakli Ğaribaşvili ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Administratorunun Avropa və Avrasiya məsələləri üzrə müavini ilə görüşüb

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya məsələləri üzrə administratorunun müavini Erin Makii ilə görüşüb.

Gürcüstanın baş nazirinin mətbuat xidmətinin məlumatında bildirilir ki, görüşdə ABŞ-ın bütün əsas sahələrdə Gürcüstana sarsılmaz dəstəyi müzakirə olunub. Bu il Gürcüstanla ABŞ arasında diplomatik münasibətlərin 30 illik yubileyinin qeyd olunduğu və ABŞ-ın ötən 30 ildə müxtəlif proqramlar vasitəsilə Gürcüstanın demokratik təsisatlarının möhkəmlənməsinə, iqtisadi yüksəlişinə və ölkənin Avro-Atlantik istəklərinə dəstəyə böyük töhfələr verdiyi vurğulanıb. Görüşdə Gürcüstanın ABŞ-ın regionda ən yaxın və etibarlı tərəfdaşı olduğu və qalacağı, Gürcüstanın bu güclü tərəfdaşlığı daha da gücləndirməyə hazır olduğu vurğulanıb.

Hökumət Administrasiyasında keçirilən görüşdə ABŞ-ın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Kelli Deqnan, USAID-in missiyasının direktoru Con Pennel, USAID administratorunun köməkçisi Aleks Sokolovski, administrator müavininin xüsusi köməkçisi Filip Cotevski, ABŞ-ın Gürcüstandakı səfirliyinin Siyasi-İqtisadi şöbəsinin müdir müavini Aaron Rupert iştirak ediblər. Gürcüstan tərəfdən görüşdə Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak edib.

Məlumatı Gürcüstanın baş nazirinin mətbuat xidməti yayır.