İrakli Ğaribaşvili - abxazlar və osetinlərlə birlikdə güclü dövlət qurmaq hamı üçün ən yaxşı perspektivdir, inanıram ki, etimadın bərpasına yönəlmiş sülh siyasəti bizi ardıcıl olaraq bu məqsədə yaxınlaşdıracaq
İrakli Ğaribaşvili - abxazlar və osetinlərlə birlikdə güclü dövlət qurmaq hamı üçün ən yaxşı perspektivdir, inanıram ki, etimadın bərpasına yönəlmiş sülh siyasəti bizi ardıcıl olaraq bu məqsədə yaxınlaşdıracaq

Abxazlar və osetinlərlə birlikdə dinc, güclü, inkişaf etmiş dövlət qurmaq hamı üçün ən yaxşı perspektivdir. Bu, bizim hamımızın ümumi işimizdir, – bu barədə sosial şəbəkədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili yazır.

Onun sözlərinə görə, etimadın bərpasına yönəlmiş müdrik sülh siyasəti bizi ardıcıl olaraq bu məqsədə yaxınlaşdıracaq.

“Tariximizin ən faciəli hadisələrindən birinin – Abxaziya müharibəsinin başlanmasından 31 il keçir. Əsassız qarşıdurma hər iki tərəfdən bir çox vətəndaşımızın – əsgərlərin və mülki şəxslərin həyatına son qoyub. Mən bütün ictimaiyyətimizlə birlikdə onların hər birinin parlaq xatirəsini bir daha ehtiramla yad edirəm. Ərazi münaqişələri və onların nəticələri –  torpaqlarımızın müvəqqəti işğalı, yüz minlərlə insanın öz doğma yurd-yuvasından didərgin düşməsi, abxazlar və osetinlərlə münasibətlər dövlətimizin və cəmiyyətimizin əsas çağırışı olaraq qalır, buna ancaq sülhün qəti qorunması ilə cavab vermək olar. Abxazlar və osetinlərlə birlikdə dinc, güclü, inkişaf etmiş dövlət qurmaq bizim üçün, bizim hamımız üçün ən yaxşı perspektivdir və deməli, hamımızın ümumi vəzifəsidir. Mən dərindən inanıram ki, hakimiyyətə gələndən bəri həyata keçirdiyimiz etimadın bərpasına yönəlmiş müdrik sülh siyasəti bizi ardıcıl olaraq bu məqsədə yaxınlaşdıracaq”, – İrakli Ğaribaşvili yazıb.