Gürcüstanın baş naziri, İrakli Ğaribaşvili 9 Apreldə həlak olanların xatirəsini yad etdi və memorialı gül-çiçək dəstələri ilə bəzədi.
Həlak olan qəhrəmanlar memorialına baş nazir hökumət üzvləri ilə birlikdə getmişdi.
9 Aprel faciəsinin 33-cü ildönümü ilə bağlı hökumət başçısı bəyanat da yaydı.
“9 Aprel bizim vətənpərvərlərimizin parlaq xatirəsini ehtiramla yad etdiyimiz faciəli tarixdir, eyni zamanda, bu, gürcülərin birlik günü, əsrlər boyu böyük tariximizi formalaşdıran dəyərlərin yekun qələbəsidir”, – baş nazirin bəyanatında deyilir.