İrakli Ğaribaşvili - 9 Aprel bizim vətənpərvərlərimizin parlaq xatirəsini ehtiramla yad etdiyimiz faciəli tarixdir, eyni zamanda, bu, gürcülərin birlik günü, əsrlər boyu böyük tariximizi formalaşdıran dəyərlərin yekun qələbəsidir
9 Aprel bizim vətənpərvərlərimizin parlaq xatirəsini ehtiramla yad etdiyimiz faciəli tarixdir, eyni zamanda, bu, gürcülərin birlik günü, əsrlər boyu böyük tariximizi formalaşdıran dəyərlərin yekun qələbəsidir, – bu barədə Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin 9 Aprel faciəsinin 33-cü ildönümü ilə əlaqədar yaydığı bəyanatında deyilir.
“Hər bir gürcü 9 Aprelə xüsusi münasibət bəsləyir.
Düz 33 il əvvəl müstəqillik və azadlıq idealları ilə birləşən gürcü xalqına avtoritar rejimin hərbi maşını qarşılaşdı. 21 soydaşımızın ölümü ilə nəticələnən faciə bütün dünyanı sarsıtdı.
Bu qurban boş yerinə keçməyib. Bu gün təkcə Gürcüstanın deyil, Sovet İttifaqına daxil olan ölkələrin də gələcəyini müəyyənləşdirdi. Düz iki ildən sonra, 1991-ci il aprelin 9-da Gürcüstan 1921-ci ildə itirilmiş müstəqilliyini bərpa etdi.
9 Aprel bizim vətənpərvərlərimizin parlaq xatirəsini ehtiramla yad etdiyimiz faciəli tarixdir; Biz heç vaxt unutmayacağıq ki, bugünkü Gürcüstan məhz elə onların nailiyyəti üzərində durur.Eyni zamanda, bu, gürcülərin birlik günü, əsrlər boyu böyük tariximizi formalaşdıran dəyərlərin yekun qələbəsidir
Müstəqil Gürcüstanın keçdiyi yol bizə öyrədir ki, ölkəmizin gələcək tərəqqisi bundan sonra da 9 aprel idealları ətrafında birliyə əsaslanmalıdır”, – İrakli Ğaribaşvili qeyd edir.