İrakli Ğaribaşvili - 31 mart referendumu müstəqil, müasir, Avropa dövlətinin qurulması üçün möhkəm zəmin yaradan hadisə kimi tariximizdə qalacaq
İrakli Ğaribaşvili - 31 mart referendumu müstəqil, müasir, Avropa dövlətinin qurulması üçün möhkəm zəmin yaradan hadisə kimi tariximizdə qalacaq

Düz 32 il əvvəl, Gürcüstanın bütün əhalisi Gürcüstanın müstəqilliyinin bərpasının tərəfdarı olduqlarını dünyaya bəyan etdilər. Məhz 32 martda keçirilmiş referendumun nəticələri 1991-ci il aprelin 9-da Ali Şura tərəfindən Müstəqillik Aktının qəbul edilməsinə əsas yaratdı, – bu barədə Gürcüstanın baş naziri “feysbuk” sosial şəbəkəsində yazır.

Ğaribaşvilinin dediyinə görə, 31 mart referendumu müstəqil, müasir, Avropa dövlətinin qurulması üçün möhkəm zəmin yaradan hadisə kimi tariximizdə qalacaq.

“Bu gün Gürcüstanın ən yeni tarixində vətəndaş yekdilliyi baxımından da nümunəvi gün oldu. Çoxmillətli ölkəmizin bütün ərazisində keçirilən referendumda xalqımız, o cümlədən abxaz və osetin soydaşlarımız müstəqil Gürcüstan ideyasını dəstəklədilər.

Martın 31-i başqa bir səbəblə də diqqətəlayiqdir. Bu gün referendumun ilhamçısı, Gürcüstanın müstəqilliyi uğrunda mübarizənin simvolu, prezident Zviad Qamsaxurdiyanın 84-cü doğum günüdür.

31 mart referendumu müstəqil, müasir, Avropa dövlətinin qurulması üçün möhkəm zəmin yaradan hadisə kimi tariximizdə qalacaq”, – Ğaribaşvili yazır.