İrakli Ğaribaşvili - 289 milyon dollarlıq üç illik proqram BVF tərəfindən dəstəklənəcək
İrakli Ğaribaşvili - 289 milyon dollarlıq üç illik proqram BVF tərəfindən dəstəklənəcək

 

Keçən həftə, cümə günü Gürcüstan hökuməti və Beynəlxalq Valyuta Fondu ilə yeni saziş imzalayıb və fond 289 milyon dollar dəyərində üçillik proqramı dəstəkləyəcək – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.

Baş nazirin də qeyd etdiyi kimi, proqram makroiqtisadi sabitliyin qorunması, islahatların davam etdirilməsi və onların fond tərəfindən dəstəklənməsi məqsədini daşıyır.

“Ən səmərəli proqramın təsdiq edilməsində fəal işləyən aidiyyatı nazirlərə, nazirliklərə də həmçinin təşəkkür etmək istəyirəm. Bu müqavilə əslində prevensiyal sığorta mexanizmi hesab oluna bilər ki, bunun çərçivəsində də maliyyələşmə yalnız iqtisadiyyatımız bu ehtiyac qarşısında qalarkən həyata keçiriləcək. Proqram makroiqtisadi sabitliyin qorunması, islahatların davam etdirilməsi və onların fond tərəfindən dəstəklənməsi məqsədini daşıyır”- deyə baş nazir bildirib.