İrakli Ğaribaşvili - 2026-cı ilə qədər dövlət qulluqçularının maaşları hər il ən azı 10% artacaq və ümumilikdə yaxın 3-4 ildə 50% artım olacaq
İrakli Ğaribaşvili - 2026-cı ilə qədər dövlət qulluqçularının maaşları hər il ən azı 10% artacaq və ümumilikdə yaxın 3-4 ildə 50% artım olacaq

 

2026-cı ilə qədər dövlət qulluqçularının maaşları hər il ən azı 10% artacaq və ümumilikdə yaxın 3-4 ildə 50% artım olacaq- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

İrakli Ğaribaşvili , sentyabrda hökumətin parlamentə müraciət edəcəyini və büdcəyə düzəlişlər edəcəyini bildirib.

“Büdcə artacaq, çünki bu cür yüksək iqtisadi artıma görə dövlətin əlavə gəlirləri yaranıb. Təbii ki, qurumlara əsasən bölüşdürmək üçün daha çox vəsaitimiz olacaq və daha çox layihə maliyyələşdiriləcək. Bu, həmçinin dövlət sektorunda işləyənlərin maaşlarını artırmağa imkan verir, 2017-ci ildən 2020-ci ilə kimi dövlət sektorunda maaşlarda praktiki olaraq artım olmayıb, fikrimcə bu, böyük səhv idi. Özəl və dövlət sektorunun əmək haqları arasında fərq çox böyükdür və bu səbəbdən o tənzimlənməyə ehtiyac duyur.

Mənim tapşırığımla bu ilin yanvarında artıq bunu qaydaya salmağa başlamışıq. Yanvarda bütün dövlət qulluqçularının maaşları 10% artıb. Artıq maliyyə naziri bizim baxışımızı təqdim edib, meyarlar müəyyən edilib və sözügedən məsələ fərmanla öz həllini tapacaq, bu isə dövlət qulluqçularının maaşlarının 2026-cı ilə qədər hər il ən azı 10 faiz artırılmasını nəzərdə tutur və ümumilikdə yaxın 3-4 ildə 50% artım əldə ediləcək. Bu tendensiyaları, prosesləri, dinamikanı qoruyub saxlamaq lazımdır, bizim səsləndirəcəyimiz yaxşı təşəbbüslərimiz var və sentyabrdan başlayacağıq. Bu çətin dövrdə hökumətin və hakim komandanın qoruyub saxladığı sabitliyin vacibliyini vurğulamaq istərdim. Əhaliyə demək istəyirəm ki, sülhü və yüksək iqtisadi artımı qoruyub saxlayacağıq , bu da vətəndaşlarımız və ölkəmiz üçün daha çox firavanlıq deməkdir” – deyə İrakli Ğaribaşvili bildirib.