İrakli Ğaribaşvili - 2024-cü ilin seçkilərində müxalifətin yenidən və ağır şəkildə məğlub olacağı perspektivini görürəm
İrakli Ğaribaşvili - 2024-cü ilin seçkilərində müxalifətin yenidən və ağır şəkildə məğlub olacağı perspektivini görürəm

 

2024-cü ilin seçkilərində müxalifətin yenidən və ağır şəkildə məğlub olacağı perspektivini görürəm və qeyri-ciddi insanların hərəkətlərini şərh etmək istəmirəm – bu barədə baş nazir İrakli Ğaribaşvili açıqlayıb.

Ğaribaşvili bildirib :”bu insanlar adi marginal qüvvələrdir”.

“Onların heç bir gündəmləri yoxdur, cəmiyyətimizə, xalqımıza heç bir alternativ fikir, rəy, istərsə də tənqid təklif edə bilmirlər. Fikir verin hansısa mənalı mövzudan, hər hansı bir mövzudan danışdıqları yadınıza gəlir mi? Hansı səviyyədə məhv olublar ki, sadəcə təhqirə keçiblər. Bu, marginallaşmış, deqradasiyaya uğramış müxalifətin simasıdır” -deyə Ğaribaşvili açıqlayıb.

“Milli Hərəkat”ın sədri Levan Xabeişvili bildirib: “Hamı bizimlə danışmalıdır, gəlsinlər və əgər istəsələr sabah, o biri gün koalisiya hökuməti olması üçün 5-7 faiz almağa kömək edəcəyik”.