İrakli Ğaribaşvili - 2024-cü ildə də dövlət qulluqçularının maaşları artırılacaq, büdcədə 10%-lik artım nəzərdə tutulub
2024-cü ilin birləşdirilmiş büdcəsinin xərc hissəsi ilkin olaraq 27 milyard 800 milyon lari hesablanıb. 27 milyard 800 milyon laridə demək olar ki, bütün istiqamətlərdə maliyyələşmənin artırılması, o cümlədən pensiyaların artırılması nəzərdə tutulmuşdu – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Baş nazirin sözlərinə əsasən, 2024-cü ildə bütün dövlət qulluqçularının maaşı artırılacaq və büdcədə 10%-lik artım nəzərdə tutulub.
“Xatırlatmaq istərdim ki, dağlıq bölgədə pensiyalar artıb, 70 yaşdan yuxarı pensiya artıq 500 lariyə qədər olacaq. 70 yaşa qədər pensiya təxminən 400 lari olacaq. Həmçinin 2024-cü ildə də bütün dövlət qulluqçularının maaşı artırılacaq. 10%-lik artım daxil edilib. Son üç ildə bütün dövlət qulluqçularının maaşı 30 faizlə artırılıb, o cümlədən polis və hərbçilərin maaşları 45-50 faiz artırılıb . Onu da qeyd etməliyəm ki, gələn il təhsilin maliyyələşdirilməsi 400 milyon laridən çox artırılacaq” – deyə baş nazir bildirib.