İrakli Ğaribaşvili 2023 və 2024-cü illərdə Gürcüstanda keçirilməsi planlaşdırılan dünya səviyyəli ulduzların konsertlərinin təşkilatçı qrupunun üzvləri ilə görüşüb
İrakli Ğaribaşvili 2023 və 2024-cü illərdə Gürcüstanda keçirilməsi planlaşdırılan dünya səviyyəli ulduzların konsertlərinin təşkilatçı qrupunun üzvləri ilə görüşüb

 
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili 2023 və 2024-cü illərdə Gürcüstanda keçirilməsi planlaşdırılan dünya səviyyəli ulduzların konsertlərinin təşkilatçı qrupunun üzvləri ilə görüşüb.

Baş nazirin mətbuat xidmətindən verilən məlumatda Hökumət Administrasiyasında keçirilən görüşdə 2023 və 2024-cü illər üçün nəzərdə tutulan konsert proqramı və proqramın gündəliyinin müzakirə edildiyi deyilir.

Baş nazir Tbilisi, Batumi və “Black Sea Arena”da dünya səviyyəli ulduzların konsertlərinin keçiriləcəyini açıqlayıb.

Konsertlərin 2023-cü ilin may ayının sonundan iyun, iyul və avqust aylarında, eləcə də 2024-cü ildə keçirilməsi planlaşdırılır.

Görüşdə bir çox tanınmış ulduzla Gürcüstanda konsertlərin keçirilməsi ilə bağlı danışıqların aparıldığı, konsertlərin keçirilməsi ilə bağlı ən qısa zamanda ictimaiyyətə ətraflı məlumat veriləcəyi bildirilib.

Görüşdə vitse baş nazir, mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani, maliyyə naziri Laşa Xutsişvili, hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze, mədəniyyət, idman və gənclər nazirinin müavini İrakli Qiviaşvili və “Black Sea Arena”nın direktoru Tato Xarçilava iştirak edib.