İrakli Ğaribaşvili – 2022-ci ilin yanvarında ümumi daxili məhsul 65 milyard lari olacaq, bu tarixi maksimum olacaq

12:17, 22.11.2021

İqtisadi artım tempi ümidvericidir, iqtisadiyyat sürətlə, çox sürətlə bərpa olunur, – deyə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.

“2022-ci ilin yanvarında ümumi daxili məhsul 65 milyard lari olacaq və bu, tarixi maksimum olacaq. Adambaşına 5500 dollar civarında olacaq ki, bu da tarixi maksimumdur. Xatırladaq ki, ilk 9 ayda iqtisadi artım tempi 11% təşkil edib ki, bu da regionda və Avropada görünməmiş artımdır.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, yaxın 5 ildə Gürcüstan regionda və Avropa ölkələrində ən yüksək iqtisadi artıma sahib olacaq. Biz həmçinin “Gürcüstanda istehsal et” kimi yeni proqramlar hazırlamağa başlamışıq. Kənd təsərrüfatı ilə bağlı çox ciddi, iddialı planlarımız və proqramlarımız var, onların bir hissəsinə artıq başlamışıq və yanvar ayından bu proqramları genişləndirəcəyik”, – İrakli Ğaribaşvili bildirib. .

Onun sözlərinə görə, turizm sahəsində yeni layihələr, təşəbbüslər olacaq.

Bir neçə həftədən sonra mən bir təşəbbüslə çıxış edəcəyəm, biz İqtisadiyyat Nazirliyi ilə turizm sahəsində, yeni turizm məkanlarının yaradılması istiqamətində, istehsalın təşviqi istiqamətində, kənd təsərrüfatı sahəsində fəal işləyirik, irimiqyaslı layihələr və təşəbbüslər təqdim ediləcək.

Bizim əsas qayğımız iş yerlərinin açılması, yoxsulluğun aradan qaldırılması olmalıdır və bu, bizim ümumi milli işimiz, ölkəmizi birləşdirmək olmalıdır. Biz hamımız bu üç əsas ideya üzərində birlikdə işləməliyik”, – deyə Ğaribaşvili bildirib.

Oxşar