İrakli Ğaribaşvili - 2021-ci ildə Gürcüstandan dünyanın 62 ölkəsinə 107 milyon butulka şərab ixrac edilib, müstəqil Gürcüstan tarixində heç vaxt belə göstərici olmayıb
İrakli Ğaribaşvili - 2021-ci ildə Gürcüstandan dünyanın 62 ölkəsinə 107 milyon butulka şərab ixrac edilib, müstəqil Gürcüstan tarixində heç vaxt belə göstərici olmayıb

 

2021-ci ildə Gürcüstandan dünyanın 62 ölkəsinə 107 milyon butulka şərab ixrac edilib ki, bu da müstəqil Gürcüstan tarixində maksimal göstəricidir və heç vaxt belə göstərici qeydə alınmayıb- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.

Baş nazirin də qeyd etdiyi kimi, 2012-ci illə müqayisədə şərab ixracı 360 faiz artıb.

“Bir neçə müqayisəli nümunə göstərmək istərdim – 2012-ci illə müqayisədə şərab ixracı 360 faiz artıb. Həmçinin əgər 2012-ci ildə ixracdan əldə olunan gəlir 71 milyon dollar idisə, ötən il bu göstərici 250 milyon Amerika dolları olub. Bu 8-9 ildə bu qədər böyük fərq var ki, bu da rekord göstəricidir. Həmçinin hesabat dövründə, 42 milyon butulka brend ixrac edilib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 30%, 2012-ci illə müqayisədə isə 550% çoxdur. Brendin ixracından əldə olunan gəlir 78 milyon dollar təşkil edir. Müqayisə üçün, 2012-ci ildə bu, cəmi 20 milyon dollar olub” -deyə baş nazir bildirib.

Hökumət başçısının sözlərinə görə, 441 gürcü şirkəti dünyanın müxtəlif ölkələrinə şərab ixrac edir. 2012-ci ildə cəmi 100 şirkət ixrac həyata keçirib.

“Bildiyiniz kimi, bir çox şirkətlər əlavə olunub və 441 gürcü şirkəti dünyanın müxtəlif ölkələrinə şərab ixrac edir. Müqayisə üçün qeyd edək ki, 2012-ci ildə ümumilikdə 100 ixracatçı şirkət olub.

Ümumilikdə, şərab, brend , çaça, brend spirtinin ixracı nəticəsində 400 milyon dollar gəlir əldə olunub, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18% çoxdur və 2012-ci illə müqayisədə isə 142 % çoxdur, o vaxt gəlir 163 milyon dollar idi. Bu, hökumətimizin səyləri və həmçinin 2012-ci il oktyabrın 1-də “Gürcü Arzusu”-nun başlatdığı rasional siyasət nəticəsində əldə edilən real fərqdir” – deyə İrakli Ğaribaşvili bildirib.