İrakli Ğaribaşvili - 2021-ci ildə biz ikirəqəmli iqtisadi artıma nail olduq
2021-ci ildə biz ikirəqəmli iqtisadi artıma nail olduq – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında bildirib.
Baş nazirin də qeyd etdiyi kimi, iqtisadiyyatın sürətli bərpası hökumətə əsas fiskal parametrləri əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan yaradıb.
“İqtisadiyyatın sürətli bərpası bizə əsas fiskal parametrləri əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan yaratdı, konkret olaraq: ÜDM-ə yönəlik dövlət borcu planlaşdırılan 60,1% əvəzinə 50%-ə azalıb; İcmal büdcə kəsiri ilkin olaraq planlaşdırılan 7,6%-nin əvəzinə ÜDM-in 6,1%-dək azalıb; Beləliklə, bir daha yekunlaşdırmaq məqsədi ilə demək istəyirəm ki, 2021-ci ildə biz ikirəqəmli iqtisadi artıma nail olmuşuq” – deyə İrakli Ğaribaşvili bildirib.