İrakli Ğaribaşvili - 2012-ci illə müqayisədə demək olar ki, yarım milyon insan yoxsulluqdan xilas olub, o vaxt 1 100 000 insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı, indi bu göstərici yarıya enib
İrakli Ğaribaşvili - 2012-ci illə müqayisədə demək olar ki, yarım milyon insan yoxsulluqdan xilas olub, o vaxt 1 100 000 insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı, indi bu göstərici yarıya enib

 
2012-ci illə müqayisədə demək olar ki, yarım milyon insan yoxsulluqdan xilas olub, 2012-ci ildə hökuməti təhvil alanda 1 100 000 insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı və bu göstərici yarıya enib-bu barədə baş nazir İrakli Ğaribaşvili açıqlayıb.

“Müqayisə üçün 2010-cu ildə işsizliyin səviyyəsi 27% idi, indi 17%-ə düşüb, 10 ildə bu böyüklükdə irəliləyiş qeydə alınıb. Yoxsulluğun səviyyəsi 2010, 2011, 2012-ci illərdə səhv etmirəmsə 37-38% olub. Bundan irəli gələrək danışdığımız hər şey sadəcə sözlərlə deyil, hamısı faktlarla təsdiqlənir” -deyə Ğaribaşvili qeyd edib.

O, yoxsulluğun səviyyəsinn 15,6%-ə çatdığını və hələ də böyük problem olduğunu, lakin bunun, tarixi minimum olduğunu deyib.

“Yoxsulluq tarixi minimumdadır, yoxsulluq səviyyəsi 15,6%-ə çatıb, bu, əlbəttə ki, hələ də böyük problemdir, lakin bu, bütün zamanların ən aşağı səviyyəsidir. Cənab Levanın artıq qeyd etdiyi kimi, hamımız yaxşı bilirik ki, 2012-ci illə müqayisədə demək olar ki, yarım milyon insan yoxsulluqdan xilas olub, 2012-ci ildə hökuməti təhvil alanda 1 100 000 insan yoxsulluq həddindən aşağı səviyyədə yaşayırdı və bu göstərici yarıya enib” -deyə baş nazir açıqlayıb.