İrakli Ğaribaşvili - 2012-ci ildən bəri biz strateji səbirli, dərrakəli və praqmatik siyasət həyata keçiririk və bunun son məqsədi ölkəmizin birləşməsidir
2012-ci ildən bəri biz strateji səbirli, dərrakəli və praqmatik siyasət həyata keçiririk və bunun son məqsədi ölkəmizin birləşməsidir- bu haqda baş nazir İrakli Ğaribaşvili bildirib.
Ğaribaşvilinin fikrincə, ölkəni birləşməyə aparan məhz dərrakəli siyasətdir ki, bu da hamının məqsədi və arzusudur.
“Biz, kiçik bir ölkəyik, torpaqlarımızın 20 faizi işğal olunub və burada rus ordusu dayanıb, hələ də belə problemlərimiz var. Sovet İttifaqı dağıldı və o vaxtdan bəri bir çox müharibə, bəlalar, vətəndaş müharibələri, daxili müharibələr yaşadıq. İnsanlar nəfəs ala bilmirdi, müstəqilliyimizi bərpa etdiyimizdən bəri yeganə dinc dövr indikidir.
2012-ci ildən bəri biz ölkəmiz və xalqımız üçün lazım olan milli maraqları və siyasəti həyata keçiririk. Bu, son məqsədi ölkəmizi birləşdirmək olan strateji səbir, dərrakəli və praqmatik siyasətdir. Bu strateji səbir siyasəti, dərrakəli və praqmatik siyasət ölkənin birləşməsinə gətirib çıxaracaq. Bu, mənim, sizin, inanıram, hər kəsin məqsədi və arzusudur” – deyə İrakli Ğaribaşvili bildirib.