İrakli Ğaribaşvili - 2012-ci ildə kompüter və informasiya xidmətlərinin ixracı cəmi 3,8 milyon dollar təşkil edirdisə, artıq bu il 500 milyon dolları ötüb
İnnovativ texnologiyaların inkişafı sahəsində də kifayət qədər nəzərə çarpan nəticələrimiz var. 2012-ci ildə kompüter və informasiya xidmətlərinin ixracı cəmi 3,8 milyon dollar təşkil edib. İnformasiya xidmətlərinin ixracı bu il artıq 500 milyon dolları ötüb-bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili illik hesabatı təqdim edərkən açıqlayıb.
Baş nazir ixracın 130 dəfə artdığını, bunun da çox vacib olduğunu bildirib.
O, Gürcüstanda İT şirkətlərində işləyən vətəndaşların orta əmək haqqının 8000 lari təşkil etdiyini bildirib.
“Ümumiyyətlə innovativ texnologiyaların inkişafına gəlincə. Demək istərdim ki, burada olduqca nəzərə çarpan nəticəmiz var. 2012-ci ildə kompüter və informasiya xidmətlərinin ixracı cəmi 3,8 milyon dollar təşkil edib. Artıq bu il informasiya xidmətlərinin ixracı 500 milyon dolları ötüb. Ümumilikdə bu ixrac 130 dəfə artıb ki, bu da çox vacibdir. Bildiyiniz kimi, vətəndaşlarımız burada orta əmək haqqı 8000 lari olan İT şirkətlərində işləyirlər. Olduqca çox innovativ startap hökumətimiz tərəfindən maliyyələşdirilib, son 11 ildə 250-yə yaxın innovativ startap maliyyələşdirilib. Qrant proqramlarının ümumi həcmi artır.
Həm də fəxrlə qeyd etmək istərdim ki, bu startaplar 320 milyon lariyədək özəl investisiya cəlb edib və 3000 yeni iş yeri yaradıblar” – deyə İrakli Ğaribaşvili açıqlayıb.