İrakli Ğaribaşvili - 2012-ci ildə bir nəfərin idarə etdiyi məhkəməyi, faktiki olaraq prokurorluğun bir bölməsini təhvil aldıq, xalq zorakı rejimdən imtina etdikdən sonra bu reallığa son qoyduq
İrakli Ğaribaşvili - 2012-ci ildə bir nəfərin idarə etdiyi məhkəməyi, faktiki olaraq prokurorluğun bir bölməsini təhvil aldıq, xalq zorakı rejimdən imtina etdikdən sonra bu reallığa son qoyduq

 

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili 2012-ci ilə qədər məhkəmənin bir nəfər tərəfindən idarə edildiyini, faktiki olaraq prokurorluğun bölməsi olduğunu bildirib.

Ğaribaşvili “Gürcü Arzusu”nun hakimiyyətə gəlməsindən sonra məhkəmənin azad və müstəqil olduğunu bildirib.

“Cəmiyyətə, tərəfdaşlarımıza və hər kəsə xatırlatmaq istərdim ki, son on ildə apardığımız islahatlar nəticəsində, necə deyərlər, yaranmış reallıq gündüz kimi aydın oldu, gecə ilə gündüz kimi fərqlidir , 2012-ci ildə belə bir məhkəməni təhvil aldıq. Həmin məhkəmə, mən bu sözü işlətdiyimə görə üzr istəyirəm, amma əslində biz çox yaxşı bilirik ki, onu bir nəfər idarə edib. Belə ki, sabiq prezident Saakaşvili və eyni zamanda baş prokuror olan və məhkəməyə göstərişlər verən ədliyyə naziri Adeişvili tərəfindən. O vaxt məhkəmə faktiki olaraq prokurorluğun bölməsi idi. Gürcü xalqı zorakı rejimdən imtina etdikdən sonra bu reallığa son qoyduq. “Gürcü Arzusu” ölkənin idarəedicisi olan gün məhkəmə də azad və müstəqil oldu.

Həmçinin xarici tərəfdaşlarımızla, həmkarlarımızla söhbətlərimiz yadımdadır, onların tövsiyəsi bu idi ki, biz hakimlərə qarşı heç bir tədbir görməməliyik və təbii ki, biz də heç nə etməmişik. Əksinə, gəldiyimiz gündən hakimlərimizə, məhkəməyə maksimum dəstək vermişik. Onu da xatırlatmaq istərdim ki, qeyri-hökumət təşkilatlarının, səfirliklərin əsas tövsiyələrindən biri hakimlərin ömürlük təyin olunması idi ki, bunu da bizim hökumət həyata keçirib. Deyərdim ki, bu gün məhkəmənin tamamilə bütün Avropa İttifaqında nümunəvi olması dörd islahat dalğasının nəticəsidir. Bunu bir neçə il əvvəl keçirilən eyni tədqiqatlar da təsdiqləyir, vətəndaşların məhkəməyə inamı xeyli artıb. Vətəndaşlarımızın məhkəməmizə inamı ümumi, orta Avropa göstəricisindən yüksəkdir” -deyə İrakli Ğaribaşvili açıqlayıb.