İrakli Ğaribaşvili - 2008-ci ildə hökumətimiz olsaydı, müharibənin qarşısını almaq üçün hər şeyi edərdik
2008-ci ildə olduqca çətin günlərimiz olmasına baxmayaraq, hesab edirəm ki, İkinci Dünya müharibəsindən sonra yəqin ki, çağırışlarla dolu bir dövrdür- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda açıqlayıb.
“Birinci müharibənin Gürcüstanda aparıldığını hamıya xatırlatmaq istərdim. Bu gün bəlkə də kimsə unudub ki, Gürcüstanın 20 faizi, ərazimiz Rusiya tərəfindən işğal olunub və 2008-ci ildə müharibədən sonra Rusiya nəyinki ərazimizi tərk edib, əksinə, torpağımızda qalıb, ərazimizdə iki hərbi baza tikiblər və bu, dağıdıcı müharibənin nəticəsidir” – deyə Ğaribaşvili qeyd edib.
Ğaribaşvili aktiv, səbəbsiz təcavüz olub-olmadığına dair suala belə cavab verib:
“Təfərrüatlardan danışmaq, bu məsələ haqqında danışmaq istəmirəm, çünki bizim öz fikrimiz var. Əgər o zaman hökumətimiz olsaydı, müharibənin qarşısını almaq üçün hər şeyi edərdik. Gürcüstan kiçik ölkədir, onun cəmi 4 milyon əhalisi var. Yaxşı təchiz olunub və yaxşı ordusu var, lakin yenə də kiçik ölkədir. Bu səbəbdən hesab edirəm ki, xüsusən də kiçik bir ölkənin Avropa İttifaqının və ya NATO-nun üzvü olmaması, onun təhlükəsizlik zəmanəti olmaması fonunda bu, istənilən hökumətin marağında olmalıdır. Lakin o müharibə, təfərrüatına varmaq istəmirəm, bizim üçün dağıdıcı oldu. Nəticə odur ki, ərazimizin 20 faizi Rusiya tərəfindən işğal olunub” -deyə Ğaribaşvili açıqlayıb.
Baş nazir o zaman müharibəyə lazımi diqqət yetirilmədiyini bildirib.
“Rusiyanın təcavüzünə lazımi diqqət yetirilmədi . Heç kim Rusiyaya qarşı sanksiyalar tətbiq etmədi. Mən belə düşünürəm, hesab edirəm ki, tətbiq etməli idilər. Bizim üçün nə fərqi var, bizim müharibə bizim müharibə idi, elə deyil mi?! İndi Ukraynada gördüklərimiz təbii ki, fəlakətlidir. Hər gün minlərlə insan həlak olur və biz bu müharibənin tezliklə bitəcəyinə dair heç bir əlamət görmürük” – deyə İrakli Ğaribaşvili açıqlayıb.