İrakli Ğaribaşvili 1990-cı illərin silahlı toqquşmaları zamanı itkin düşən və işğal olunmuş Abxaziyadan cənazələri gətirilən hərbçilərin və mülki şəxslərin yas mərasimində iştirak edib
İrakli Ğaribaşvili 1990-cı illərin silahlı toqquşmaları zamanı itkin düşən və işğal olunmuş Abxaziyadan cənazələri gətirilən hərbçilərin və mülki şəxslərin yas mərasimində iştirak edib

 
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumət üzvləri ilə birlikdə 1990-cı illərin silahlı toqquşmaları zamanı itkin düşən və işğal olunmuş Abxaziyadan cənazələri gətirilən hərbçilərin və mülki şəxslərin yas mərasimində iştirak edib.

Hökumət başçısı Üçlük katedralında həlak olanların xatirəsini ehtiramla yad edib, ailə üzvlərinə başsağlığı verib.

İtkin düşmüş və kimliyi müəyyən edilmiş 20 nəfərdən 14-ü hərbçi, 6-sı mülki şəxsdir.

1990-cı illərin silahlı toqquşmaları və 2008-ci ilin avqust müharibəsində itkin düşənlərin axtarışı mexanizmləri çərçivəsində 2013-cü ildə ilk dəfə şəxsiyyətin müəyyən edilməsi və qalıqların köçürülməsi həyata keçirilib. İndiyədək mexanizmlər çərçivəsində 604 insan qalığı aşkar edilib, onlardan 265-nin şəxsiyyəti müəyyən edilib.