İrakli Ğaribaşvili 1990-cı illərin silahlı toqquşmaları zamanı itkin düşmüş və nəşləri işğal olunmuş Abxaziya ərazisindən gətirilmiş şəxslərin yas mərasimində iştirak edib
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumət üzvləri ilə birlikdə 1990-cı illərin silahlı toqquşmaları zamanı itkin düşmüş və nəşləri işğal olunmuş Abxaziya ərazisindən gətirilmiş hərbçilərin və mülki şəxslərin yas mərasimində iştirak edib.
Hökumət başçısı Üçlük kilsəsində həlak olmuş şəxslərin xatirəsini ehtiramla yad edib, ailə üzvlərinə başsağlığı verib.
İtkin düşmüş və kimliyi müəyyən edilmiş 23 nəfərdən 21-i hərbi qulluqçu, 2-si mülki şəxsdir. Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Naziri Ofisi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlığı ilə 1990-cı illərin silahlı toqquşmaları və 2008-ci ilin avqust müharibəsi zamanı itkin düşmüş şəxslərin axtarış mexanizmləri çərçivəsində ilk identifikasiya və repatriasiya 2013-cü ildə həyata keçirilib. İndiyədək 604 insan qalığı tapılıb, onlardan 288-nin şəxsiyyəti müəyyən edilib.
Məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayıb.