İrakli Ğaribaşvili - 17 il ərzində ölkəmiz və qəhrəman hərbçilərimiz dünya sülhünə və terrorizmə qarşı mübarizəyə layiqli töhfə verdi
İrakli Ğaribaşvili - 17 il ərzində ölkəmiz və qəhrəman hərbçilərimiz dünya sülhünə və terrorizmə qarşı mübarizəyə layiqli töhfə verdi

17 il ərzində, ölkəmiz və qəhrəman hərbçilərimiz dünya sülhünə və terrorizmə qarşı mübarizəyə layiqli töhfə verdi. Bu, döyüşçülərimizin, ölkəmizi layiqli bir tərəfdaş kimi və ordumuzu cəsur və peşəkar bir ordu olaraq gücləndirən fədakar mübarizəsi idi” – deyə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, Senaki Bazasında, Əfqanıstandakı sülhməramlı missiyanın sona çatması ilə əlaqədar keçirilən tədbirdə bildirib.

Hökumət başçısının qeyd etdiyi kimi, Gürcüstan, ittifaqa üzv olmayan dövlətlər arasında missiyaya qatılan hərbi xidmətçi sayına görə ən böyük töhfə verən ölkə idi və gördüyü işlə qlobal təhlükəsizliyin gücləndirilməsi prosesində NATO-ya üzv və tərəfdaş ölkələrlə çiyin-çiyinə dəstək oldu.

“Hamınızı Əfqanıstandakı sülhməramlı missiyasının bitməsini qeyd etdiyimiz və qəhrəman əsgərlərimizə bir daha təşəkkür etdiyimiz bu çox vacib gündə salamlayıram. 17 ildir ki, ölkəmiz və qəhrəman hərbçilərimiz dünya sülhünə və terrorizmlə mübarizəyə layiqli töhfə veriblər. Bu, döyüşçülərimizin, ölkəmizi layiqli bir tərəfdaş kimi və ordumuzu cəsur və peşəkar bir ordu olaraq gücləndirən fədakar mübarizəsi idi. NATO-nun və beynəlxalq tərəfdaşlarımızın iştirakı ilə davam edən sülhməramlı missiyalarda ölkəmizin və qoşunlarımızın iştirakı və əhəmiyyətli töhfəsi, ölkəmizin təhlükəsizlik təminatçısı olmağa və tərəfdaşlarla qlobal sülh üçün mübarizə aparmağa hazır olduğunun əyani təzahürüdür. Əfqanıstanda 2004-cü ildən bəri davam edən sülhməramlı missiya bunun bir daha əyani sübutudur. Biz müttəfiq olmayan ölkələr arasında bu missiyaya qatılan hərbi xidmətçi sayına görə ən böyük töhfə verdik və gördüyümüz işlə NATO-ya üzv və tərəfdaş ölkələrlə çiyin-çiyinə qlobal təhlükəsizliyin gücləndirilməsinə dəstəyimizi göstərdik” deyə o bildirib.