İrakli Ğaribaşvili - 154 yeni avtobus almaq qərarını vermişik, bu regionlarda yaşayan əhaliyə xidmət göstərəcək 8 metrlik "İsuzu" markalı müasir avtobuslar olacaq
Biz 154 yeni avtobus almaq qərarını vermişik, bunun üçün 53 milyon lari ödəyəcəyik, bu regionlarda yaşayan əhaliyə xidmət göstərəcək 8 metrlik “Isuzu” markalı müasir, Avro 5 standartlı avtobuslar olacaq- bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili hökumətin iclasında açıqlayıb.
Baş nazir yeni avtobusların alınmasının səyahəti daha da rahatlaşdıracağını bildirib.
“Daha bir mühüm müsbət yeniliyi əhalimizə, xüsusən də regionlarda yaşayan əhalimizə çatdırmaq istərdim. Biz 154 yeni avtobus almaq qərarını vermişik, bunun üçün 53 milyon lari ödəyəcəyik, bu regionlarda yaşayan əhaliyə xidmət göstərəcək 8 metrlik “Isuzu” markalı müasir, Avro 5 standartlı avtobuslar olacaq. İllər ərzində, bildiyiniz kimi, mövcud şəhərdaxili hərəkətdə problemlər var idi və bu səbəbdən bu proses davam edir. Xalqımız üçün hərəkəti daha da rahatlaşdırmaq üçün əlavə avtobuslar almağa hazırlaşırıq”- deyə İrakli Ğaribaşvili açıqlayıb.