İrakli Ğaribaşvili - Əli Əsədovla görüşdə regional sabitlik, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik
İrakli Ğaribaşvili - Əli Əsədovla görüşdə regional sabitlik, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik

 

Əli Əsədovla görüşdə regional sabitlik, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik – bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazır.

Hökumət başçısı görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini də müzakirə etdiklərini bildirir.

“Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla Gürcüstan və Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası formatında səmərəli görüş baş tutdu. Regional sabitlik, iqtisadi əməkdaşlıq və enerji təhlükəsizliyi məsələlərini, eləcə də ölkələrimiz arasında mövcud strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini müzakirə etdik” – deyə İrakli Ğaribaşvili qeyd edir.