İrakli Ğaribaşvili - Əgər hər hansı siyasi qüvvə  sülhü və sabitliyi qoruyub saxlamaq qabiliyyətinə malikdirsə, bu, “Gürcü Arzusu”dur, digər alternativ dağıntı, xaos və müsibətdir
İrakli Ğaribaşvili - Əgər hər hansı siyasi qüvvə  sülhü və sabitliyi qoruyub saxlamaq qabiliyyətinə malikdirsə, bu, “Gürcü Arzusu”dur, digər alternativ dağıntı, xaos və müsibətdir

Bu gün Gürcüstanda kimsə, hər hansı bir siyasi qüvvə sülhü və sabitliyi qoruyub saxlamaq, o cümlədən Avropaya inteqrasiya yolunda inkişafı təmin etmək qabiliyyətinə malikdirsə, bu, alternativi olmayan yeganə partiya – “Gürcü Arzusu”dur, – Bu barədə “Gürcü Arzusu”nun sədri İrakli Ğaribaşvili Samtsxe-Cavaxeti bölgəsində partiya fəalları ilə görüşdən sonra jurnalistlərə müsahibəsində bildirdi.

Onun sözlərinə görə, ölkə üçün alternativ yoxdur.

“Çox yaxşı görüşümüz oldu, Borcomidə Samtsxe-Cavaxeti bölgəsinin partiyasının fəal üzvü ilə görüşdük. Biz seçkilərlə bağlı məsələlərdən danışdıq, təbii ki, cari məsələlərə, ölkədə, ümumiyyətlə, bölgədə baş verən hadisələrə toxunduq. Biz təhlil apardıq, son illərdə ölkədə hadisələrin necə inkişaf etdiyi, nə sınaqlardan keçdiyimiz, hansı çağırışlara dözdüyümüz və bu günə necə gəlib çatdığımız barədə məlumat paylaşdım. Əsas mesaj odur ki, partiyamız güclü şəkildə qalib gəlmək üçün seçkilərə yaxşı hazırlaşmalıdır. Mən bir sual vermək və əhaliyə, xalqa müraciət etmək istəyirəm: əgər kimsə, hər hansı bir siyasi qüvvə sülhü və sabitliyi qoruyub saxlamaq, o cümlədən Avropaya inteqrasiya yolunda inkişafı təmin etmək qabiliyyətinə malikdirsə, bu, alternativi olmayan yeganə partiya – “Gürcü Arzusu”dur. Başqa alternativ yoxdur, digər alternativ “milli hərəkat” və onun peykləri ilə əlaqədar olan dağıntı, müharibə, xaos və müsibətdir.