İrakli Çikovani Rumıniyada rəsmi səfərdədir
İrakli Çikovani Rumıniyada rəsmi səfərdədir

Gürcüstanın müdafiə naziri Rumıniyada rəsmi səfərdədir. İrakli Çikovaniyə rumıniyalı həmkarı Anqel Tilvar ev sahibliyi edir

Rumıniya Müdafiə Agentliyində rəsmi qarşılanma mərasimindən sonra həmkarlar üzbəüz görüş keçiriblər.

“Həmkarlar geniş tərkibdə Gürcüstan və Rumıniyanın müdafiə Agentlikləri arasında əməkdaşlıq məsələlərini geniş formatda müzakirə ediblər. Görüşdə Gürcüstan-Rumıniya birgə strateji tərəfdaşlıq bəyannaməsi ilə müəyyən edilmiş və müxtəlif istiqamətləri özündə birləşdirən əməkdaşlığa diqqət yetirilib. Söhbətdə Qara dəniz regionunda təhlükəsizlik mühitinə toxunuldu.Diqqət Gürcüstan və Rumıniya arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlığa, həmçinin, Rumıniyanın NATO-Gürcüstan mühüm paketinin həyata keçirilməsindəki iştirakına yönəldilib. İrakli Çikovani Gürcüstanın müdafiə qabiliyyətinin və Avro-Atlantik inteqrasiya yolunun gücləndirilməsində tərəfdaş ölkələrin dəstəyinin vacibliyini vurğuladı. Görüşlər başa çatdıqdan sonra İrakli Çikovani naməlum əsgərin məzarını əklil ilə bəzədi”, – Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.