İrakli Çikovani - radikal müxalifət Gürcüstanın namizəd statusu almaması üçün hər şeyi edir
Qiymətləndirmə vaxtı gələndə Gürcüstan hakimiyyəti 12 tövsiyənin yerinə yetirilməsi üçün hər şeyi etmiş olacaq, qərarın müsbət olması üçün bütün əsaslar yaradılmış olacaq-bu barədə “Gürcü Arzusu”nun üzvü İrakli Çikovani açıqlayıb.
Onun sözlərinə görə, “Hətta iyun ayında da Gürcüstana namizəd statusunun verilməsi üçün əsaslar var idi və Avropa Komissiyasının qiymətləndirmələri Gürcüstanın aparıcı ölkə olduğunun sübutu idi”.
“Gürcüstan tövsiyələrin həyata keçirilməsində də irəliləmiş olacaq. Təəssüf ki, radikal müxalifət Gürcüstanın status almaması üçün hər şeyi edir. Onların bəyanatlarını gördük, Gürcüstanın namizəd statusu almaması, bunu hakimiyyətin üstünə atmaq, sonra isə bundan öz siyasi maraqları üçün hakimiyyətə qarşı istifadə etmək istiqamətində konkret plana malik olduqlarını deyirlər. Hərçənd, iqtidar islahatların aparılmasında yaxşı tarixə malikdir və hamı ölkənin islahatların həyata keçirilməsi baxımından lider olduğunu deyir” -deyə Çikovani açıqlayıb.