İrakli Çikovani - Orduya hörmət və dəstək bizim birbaşa vətəndaş borcumuzdur, yüksək sosial məsuliyyətin ifadəsidir
İrakli Çikovani - Orduya hörmət və dəstək bizim birbaşa vətəndaş borcumuzdur, yüksək sosial məsuliyyətin ifadəsidir

 
Parlamentdə komitələrin birləşmiş iclasında Gürcüstanın müdafiə naziri vəzifəsinə namizəd İrakli Çikovani sıx hərbi-mülki əməkdaşlığın vacibliyindən danışıb.

İrakli Çikovani bildirib ki, cəmiyyətlə ordu arasında daha çox yaxınlıq, ordu haqqında, xüsusən də gənc nəsil arasında maarifləndirmənin gücləndirilməsi zəruridir.

“Ölkəmizin müdafiəçiləri, ləyaqətli əsgərlər öz işlərində xüsusilə seçilən insanlardır. Əsgər olmaq başqa həyat tərzi deməkdir. Bütün cəmiyyət onlara maksimal qayğı göstərməlidir”- deyə İrakli Çikovani açıqlayıb.

O, dövlətlə yanaşı, sıravi mülki vətəndaşların da orduya qayğı göstərməsinin, hörmət və dəstəyini aktiv şəkildə ifadə etməsinin zəruri olduğunu bildirib.

“Bu, bizim bilavasitə vətəndaşlıq borcumuz və yüksək sosial məsuliyyətin ifadəsidir” – deyə müdafiə naziri postuna namizəd açıqlayıb.

Hərbi-mülki əməkdaşlıq mövzusu haqqında danışarkən İrakli Çikovani qeyd edib ki, bu baxımdan Müdafiə Nazirliyində həyata keçirilən layihələr gələcəkdə daha fəal şəkildə davam etdiriləcək.