İrakli Çikovani kursantları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib
İrakli Çikovani kursantları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib

General Qiorqi Kvinitadze adına Kadet Hərbi Liseyində məktəbin yaradılmasının 14-cü ildönümü və tədris ilinin başlanması qeyd edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Gürcüstanın müdafiə naziri İrakli Çikovani və Müdafiə Qüvvələrinin komandanı general-mayor Qiorqi Matiaşvili kursantları təhsilə başlamaları münasibətilə təbrik ediblər.

İrakli Çikovani çıxışında kursant hərbi liseyin mühüm roluna diqqət çəkib və kursantlara uğurlar arzulayıb. Onun sözlərinə görə, Gürcüstan hökuməti və Nazirliyin dəstəyi ilə Kadet Hərbi Liseyi davamlı inkişaf rejimindədir və gənclərin ən yaxşı təhsil alması üçün parlaq imkan yaradır. O, Liseyin inkişafında və tədris prosesinin yüksək səviyyədə aparılmasında xidmətlərinə görə məktəbin rəhbərliyinə və müəllim heyətinə təşəkkür edib.

Tədbir çərçivəsində liseyin hərbi qulluqçularına və müəllimlərinə qərargah silahları, şöbə medalları və pullu hədiyyələr verilib.

Mükafatlandırma mərasimindən sonra Kadet Hərbi Liseyinin ərazisində müasir kitabxananın rəsmi açılışı olub. Kitabxanada oxucular elektron və çap kitablarından istifadə edə biləcəklər. Həmçinin həm fərdi, həm də qrup işi üçün oxu məkanı yaradılıb.

Tədbirdə Müdafiə Nazirliyinin rəsmi nümayəndələri iştirak ediblər.