İrakli Çikovani - İrakli Ğaribaşvili Avropa Şurasının qərarındakı şərtləri yerinə yetirmək üçün səylə çalışmağı nəzərdə tutan planlarımızı aydın şəkildə tərtib etdi
Baş nazir İrakli Ğaribaşvili Avropa Şurasının qərarındakı şərtlərin təmin edilməsi, yerinə yetirilməsi üçün səylə çalışmağı nəzərdə tutan planlarımızı aydın şəkildə tərtib etdi – bu barədə Gürcüstan Parlamentinin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri İrakli Çikovani Strasburqda, AŞPA-nın iclasındakı çıxışında bildirib.
İrakli Çikovani çıxışında bir neçə gün əvvəl Bidzina İvanişvili haqqında səsləndirilən bəyanatlara münasibət bildirib və qeyd edib ki, Bidzina İvanişvili siyasətdə olarkən totalitarizmi məğlub etməyi öz üzərinə götürən, gürcü xalqının ləyaqəti və sülhü uğrunda mübarizə aparanlardan biri olub.
İrakli Çikovaninin sözlərinə əsasən, Gürcüstan Avropa qitəsində islahatların həyata keçirilməsi baxımından qabaqcıl ölkə olub və belə də qalır.
“Bizim qəti mövqeyimiz odur ki, ukraynalı həmkarlarımızla çətin vəziyyətdə olduqlarını nəzərə alaraq debatlara girmək istəmirik. Lakin bir neçə gün əvvəl bu salonda Gürcüstanda müassirliyin görkəmli xeyriyyəçisi və siyasətdə olarkən totalitarizmi məğlub etməyi öz üzərinə götürən, gürcü xalqının ləyaqəti və sülhü uğrunda mübarizə aparan cənab Bidzina İvanişvili barədə səsləndirilən bəyanat qəbuledilməzdir və təhqiramizdir. Baş nazir İrakli Ğaribaşvili Avropa Şurasının qərarındakı şərtlərin təmin edilməsi, yerinə yetirilməsi üçün səylə çalışmağı nəzərdə tutan planlarımızı aydın şəkildə tərtib etdi. Bir daha təkrarlamaq istəyirəm ki, Gürcüstan Avropa qitəsində islahatların həyata keçirilməsi baxımından qabaqcıl ölkə olub və belə də qalır”- deyə İrakli Çikovani bildirib.