İrakli Çikovani - Gürcüstanın guya Ukraynanı dəstəkləməməsi dezinformasiyadır, Gürcüstanın Ukraynanı açıq şəkildə dəstəklədiyi ondan artıq qətnamə var
İrakli Çikovani - Gürcüstanın guya Ukraynanı dəstəkləməməsi dezinformasiyadır, Gürcüstanın Ukraynanı açıq şəkildə dəstəklədiyi ondan artıq qətnamə var

 
Gürcüstanın müdafiə naziri vəzifəsinə namizəd İrakli Çikovani Gürcüstanın Ukraynanı guya dəstəkləməməsinin dezinformasiya olduğunu bildirib.

Çikovani, Gürcüstanın Ukraynanı açıq şəkildə dəstəklədiyi ondan çox qətnamə olduğunu və Gürcüstanın dəstəkləmədiyi bir mövzu belə olmadığını deyib.

İrakli Çikovani müxalifətdən olan deputat Xatia Dekanoidzenin suallarını cavablandırıb.

“Ukrayna ilə əməkdaşlıq, çoxsaylı qətnamələr, dezinformasiyaya qarşı mübarizə də– bu iki sualın eyni müəllif tərəfindən səsləndirilməsi bir qədər ironikdir. O, Avropa İttifaqına inteqrasiya baxımından mühüm istiqamətlərdən birinin dezinformasiyaya qarşı mübarizə olduğunu deyir. Məncə, o, ilk növbədə özündən başlamalı və dezinformasiya yaymağa son qoymalıdır. O, dezinformasiya yaymamalıdır və Gürcüstanın Ukraynanı dəstəkləmədiyini, hətta mənim rəhbərlik etdiyim nümayəndə heyətinin üzvü olduğu Avropa Şurasında da Gürcüstanın dəstəkləmədiyini deməməlidir. Bəzi təfərrüatlar var ki, ola bilsin xatırlamır, bilmir və ya diqqət yetirməyib. Gürcüstanın açıq şəkildə dəstəklədiyi 10-dan çox qətnamə var. Uşaqların məsələsi, işğal olunmuş ərazilərdən qeyri-qanuni olaraq aparılan ukraynalı uşaqların məsələsi ilə bağlı bir qətnamə var idi. Bu məsələdə Gürcüstan nümayəndə heyətinin səsi yoxdur, çünki nümayəndə heyəti iştirak etmirdi, hərçənd cəmi bir neçə həftə və ya gün bundan əvvəl bizim nümayəndə heyətimiz, o cümlədən Xatia xanım da Strasburqda idi və məhz eyni məzmunlu qətnaməni nümayəndə heyətimiz dəstəklədi, o cümlədən əksəriyyəti və müxalifətin də dəstəkləməsi sevindirici haldır. Gürcüstanın dəstəyinin olmadığı bir mövzu belə yoxdur. Bütün məsələlərlə bağlı biz əvvəldən mövcud olan dəqiq mövqeyimizi dilə gətirmişik”- İrakli Çikovani parlamentdə komitələrin birləşmiş iclasında bildirib.