Gürcüstanın müdafiə naziri İrakli Çikovani Ermənistan Respublikasında rəsmi səfərdədir.
İrakli Çikovani Ermənistanın müdafiə naziri Suren Papikyan edir. Rəsmi qarşılanma mərasimindən sonra həmkarlar ikitərəfli görüşdə Gürcüstan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Nazirlər qonşu ölkələr arasında dostluq münasibətlərinin, regionda sülh və sabitliyin vacibliyinə diqqət çəkiblər.
Tərəflər müdafiə sahəsində əməkdaşlığın cari məsələləri və gələcək planlar barədə danışıblar. Görüşün sonunda İrakli Çikovani və Suren Papikyan Gürcüstan və Ermənistanın müdafiə qurumları arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planını imzalayıblar.
Rəsmi səfər çərçivəsində Gürcüstanın müdafiə naziri Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüş keçirəcək.
Bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.