İrakli Çikovani Çin Respublikasının səfiri və müdafiə attaşesi ilə görüşüb
Gürcüstanın müdafiə naziri İrakli Çikovani Çin Xalq Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Çou Tsien ilə tanışlıq məqsədli görüş keçirib.
Müdafiə Nazirliyinin yaydığı məlumat üzrə, İrakli Çikovani Çin səfirinə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə təşəkkür edib.
Verilmiş məlumatda qeyd edildiyi üzrə, ölkələr arasında strateji əlaqələrə və Çinin vizasız rejim tətbiq etmək qərarına, eləcə də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyinə toxunulub.