İrakli Çikovani Almaniya səfiri Barbara Fos ilə görüşüb

16:52, 30.10.2026

Gürcüstan Baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani Almaniya Federativ Respublikasının yeni səfiri Barbara Fos ilə tanışlıq görüşü keçirib.

Müdafiə Nazirliyinin məlumatına görə, nazir diplomata uğurlar arzulayıb və iki ölkə arasında mövcud münasibətlərə diqqət yetirib. O, Almaniya tərəfinə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi sarsılmaz dəstəyə görə təşəkkür edib.

“Görüşdə tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlər barədə danışıblar. Gürcüstan Müdafiə Qüvvələrinin inkişafında və NATO-Gürcüstan Əhəmiyyətli Paketi (SNGP) təşəbbüslərinin həyata keçirilməsi prosesində Almaniyanın töhfəsi qeyd edilib.

Müdafiə Nazirliyində keçirilən görüşdə tərəflər bölgədəki təhlükəsizlik mühiti və çağırışlara da diqqət yetiriblər.

Görüşdə müdafiə nazirinin birinci müavini Paata Patiaşvili və Almaniyanın müdafiə attaşesi, vitse-polkovnik Ştefan Hofmayster iştirak ediblər”, – qurumun məlumatında deyilib.

Oxşar