İrakli Çikovani 2025-ci ilin gəlişini hərbçilərlə birgə qeyd edib
İrakli Çikovani 2025-ci ilin gəlişini hərbçilərlə birgə qeyd edib

Gürcüstanın müdafiə naziri yeni 2025-ci ilin gəlişini hərbçilərlə birgə qeyd edib.

Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, İrakli Çikovani Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Qiorqi Matiaşvili və Qərb komandiri briqada generalı Koba Qriqoliya ilə birlikdə Senakidə 2-ci piyada briqadasında olub. Onlar şəxsi heyəti və briqada komandiri polkovnik İrakli Kalandadzeni Yeni il münasibətilə təbrik edib, hərbçilərə vətənə xidmətlərinə görə təşəkkür ediblər.

Agentliyin məlumatına görə, müdafiə naziri və Müdafiə Qüvvələrinin komandanı Senaki 2-ci Piyada Briqadasından videokonfrans vasitəsilə Müdafiə Qüvvələrinin bütün bölmələrinin şəxsi heyətini Yeni il münasibətilə təbrik ediblər. İrakli Çikovani hərbçilərə xidmətlərinə görə təşəkkür edib, onlara sülh, cansağlığı, firavanlıq və Vətənə xidmətdə uğurlar arzulayıb.