İrakli Çikovani - Əgər Gürcüstan Orta Dəhliz potensialını inkişaf etdirmək istəyirsə, bütün bunlarda Çinin iştirakı zəruridir və Çin buna hazırdır
İrakli Çikovani - Əgər Gürcüstan Orta Dəhliz potensialını inkişaf etdirmək istəyirsə, bütün bunlarda Çinin iştirakı zəruridir və Çin buna hazırdır

Çinin həm icra, həm də qanunverici orqanları Gürcüstanla mövcud olan əməkdaşlığı yüksək qiymətləndirir və eyni zamanda, bu əməkdaşlığın böyük, mühüm potensialınının olduğunu bilirlər. Əgər söhbət Gürcüstanın Orta Dəhliz potensialını inkişaf etdirməli olmasından gedirsə, Çin bütün bunlarda mütləq iştirak etməlidir və Çin buna hazırdır, – Gürcüstan parlamentinin sədr müavini İrakli Çikovani bildirib.

İrakli Çikovani Çin Xalq Respublikasına səfərini dəyərləndirərək qeyd edib ki, görüşlərdə təkcə ikitərəfli münasibətlər deyil, digər dövlətlərin də iştirakını tələb edən məsələlər müzakirə olunub. Çin bu əməkdaşlığa, Gürcüstanın roluna strateji baxımdan yanaşır və birgə işləməyə hazırdır.

“Çin Xalq Respublikasına çox məhsuldar səfər başa çatıb. Biz, əməkdaşlıq baxımından həm Çin Xalq Respublikasında, həm də Gürcüstanda olan mövcud vəziyyətlə bağlı məlumat mübadiləsi apardıq. Xüsusi vurğulamaq istərdim ki, Çinin həm icra, həm də qanunverici orqanları Gürcüstanla mövcud əməkdaşlığı yüksək qiymətləndirir və eyni zamanda, bu əməkdaşlığın böyük, mühüm potensialını görürlər. Əgər söhbət Gürcüstanın Orta Dəhliz potensialını inkişaf etdirməsindən gedirsə, Çin bütün bunlarda iştirak etməlidir və Çin buna hazırdır.
Digər tərəfdən, Gürcüstanda istehsal olunan məhsullara qarşı Çinin özəl biznes dairələrində böyük maraq var. Burada təkcə hökumət deyil, özəl sektor da fəal olmalıdır, çünki bu, gürcü məhsullarını tanıtmaq üçün nəhəng bazardır. Görüşlərdə məlumat aldıq ki, Çin tərəfi nəinki Gürcüstandan idxal olunan məhsulların sayını artırmağa, həm də Gürcüstandan Çinə idxal olunan məhsulların siyahısını genişləndirməyə hazırdır. Eyni zamanda, onlar iqtisadiyyatımızda gedən proseslərə çox diqqətlə yanaşırlar. Bu, onlar üçün də təəccüblüdür və onlar bu gün ölkədə mövcud olan mühüm iqtisadi artım tempini müsbət qarşılayırlar və əminəm ki, bunun fonunda iki dövlət arasında əhaliyə daha da rifah gətirəcək çoxlu məsələlər olacaq və əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. Onu da əlavə etmək istərdim ki, biz təkcə ikitərəfli münasibətlərdən danışmırıq, həm də digər dövlətlərin cəlb olunmasının zəruri olduğu məsələlərdən danışmışıq. Çin strateji baxımdan bu əməkdaşlığın perspektivlərini və Gürcüstanın rolunu görür və gələcəkdə bütün bunlar üzərində birgə işləməyə hazırdır”, – deyə İrakli Çikovani bildirib.